SON DƏQİQƏ
» » Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib

Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib

Tarix:

4-04-2018, 16:55

/ 10 425 dəfə oxundu.
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aprelin 4-də Saatlıdakı Gənclər mərkəzində Prezident İlham Əliyevin sədirliyi ilə bu ilin martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar “Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.

Gunaz.az ONN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Nazirliyin yerli strukturlarının, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib.

Müşavirə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, Saatlıda kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz gözəl nəticələrini verir, rayonda kənd təsərrüfatın digər sahələri ilə yanaşı ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir.

 

 

S.Cabbarov martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn konkret vəzifələrdən danışaraq qeyd edib ki, ötən il rayonda 17 min 220 hektar sahədə pambıq əkilib və 25 min 756 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Məhsuldarlıq 15 sentnerə çatıb. Bu il isə rayonda 16 min 820 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu məqsədlə artıq 2645-dən çox torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılıb, çiyin səpiləcək sahələrdə keyfiyyətli şum aparılıb, digər aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Artıq sahələr və səpinə cəlb olunacaq texnika tam hazır vəziyyətə gətirilib.

 

 

 

Qeyd olunub ki, pambıq əkilməsi üçün nəzərdə tutulan 16 min 820 hektar torpaq sahəsinin 4840 hektar MKT MMC-yə, 3342 hektar “CTS AQRO” MMC-yə, qalanı isə “Kənd Təsərrüfatı” MMC-nin eləcədə RİH-i tərəfindən fərdi qaydada mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında əkilməsi müəyyən edilib.

Çıxışının sonunda icra başçısı əminliklə vurğulayıb ki, saatlılı pambıqçılar əvvəlki illərdə olduğu kimi cari təsərrüfat ilində də məhsul istehsalında pambıqçılıqla məşğul olan rayonlar arasında yenə birinci olacaq.

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına

görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir.

Diqqətə çatdırılıb ki, respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın intensiv inkişafı ilə bağlı mühüm addımlar atılır. Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Nazirlər Kabinetinin qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım tətbiq edilib. Səpin, becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir.

Nazir müavini çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi, pambıqçılıqla yanaşı tütünçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, pambıq səpininə hazırlıq və səpini səmərəli təşkilinə dair müvafiq tapşırıqlar verilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ