SON DƏQİQƏ
» » Azərbaycanda elmə daha bir dəstək - Büdcədə yenilik

Azərbaycanda elmə daha bir dəstək - Büdcədə yenilik

Tarix:

4-11-2018, 09:49

/ 10 300 dəfə oxundu.
Azərbaycanda elmə daha bir dəstək - Büdcədə yenilik

Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur.

Bu, 2019-cu ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da sənəddə prioritet istiqamət kimi qeyd edilib.

Bununla yanaşı, innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılacaq. Elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ