SON DƏQİQƏ
» » İş axtaranlar üçün yenilik - Qısa zamanda iş tapmaq mümkün olacaq - VİDEO

İş axtaranlar üçün yenilik - Qısa zamanda iş tapmaq mümkün olacaq - VİDEO

Tarix:

28-04-2018, 08:20

/ 10 366 dəfə oxundu.
İş axtaranlar üçün yenilik - Qısa zamanda iş tapmaq mümkün olacaq - VİDEO

Azərbaycanda işsizlərin vahid informasiya bazası yaradılır.

Gunaz.az bildirir ki, bu, Milli Məclisdə təklif olunan vakansiya bankı lahiyəsi vasitəsilə reallaşacaq.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, vakansiya bankının yaradılması əmək bazarında boş iş yerlərinə əlçatanlığı artıracaq və işsizliyn azaldılmasına şərait yaradacaq. Ekspertin fikrincə, vakansiya bankının yaradılması işə götürənlərlə iş axtaranların münasibətlərinin onlayın qurulmasına imkan verəcək.

Vüqar Bayramovun sözlərinə görə, vakansiya bankının yaradılması vətəndaşların qısa zamanda tələblərinə uyğun iş tapmaqlarına imkan yaradacaq.

Ekspertin fikrincə, vakansiya bankının yaranması sahibkarlara keyfiyyətli işçi tapmağa şərait yaradacaq.

Qeyd edək ki, Milli Məclisdə təklif olunan qanun layihəsinə görə, elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq. /xezerxeber.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ