SON DƏQİQƏ
» » Azərbaycanda Əmək Təhlükəsizliyi Fondu yaradılacaq

Azərbaycanda Əmək Təhlükəsizliyi Fondu yaradılacaq

Tarix:

25-11-2017, 21:51

/ 1 311 dəfə oxundu.
Azərbaycanda Əmək Təhlükəsizliyi Fondu yaradılacaq

Yaxın gələcəkdə əmək təhlükəsizliyi fondu yaradılacaq. Məqsəd istehsalatdakı bədbəxt hadisələrin qarşısını almaq üçün profilaktik tədbirlərin həyata keçirilməsidir. Bəs görəsən fondda toplanan vəsaitlər hansı istiqamətdə xərclənəcək?

Gunaz.az xəbər verir ki, ofislərdə və ya istehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün profilaktik tədbirlər gücləndiriliəcək. Bu məqsədlə əmək təhlükəsizliyi fondunun yaradılması nəzərdə tutulur.
Belə bir fondun yaradılması əslində əmək məcəlləsində nəzərdə tutulub. Fond yaradıldıqdan sonra ora dövləd büdcəsindən ayırmalar hesabına vəsait toplanacaq. Amma bu vəsait bədbəxt hadisələrdən sonra işçilərə dəymiş ziyanın ödənilməsi üçün istifadə edilməyəcək.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, əmək təhlükəsizliyi fondu daha çox maarifləndirici tədbirlərin həyata keçirilməsi, eləcə də işəgötürənlərə praktiki köməyin göstərilməsi ilə məşğul olacaq. Dünya ölkələrində mövcud olan fondların mahiyyəti də bundan ibarətdir.
Sahib Məmmədov deyir ki, əmək təhlükəsizliyi fondunun yaradılmasından əvvəl əmək bazarındakı çatışmazlıqlar aradan qaldırılmalıdır.
Əmək təhlükəsizliyi fondunun nə zaman yaradılacağı yaxın gələcəkdə məlum olacaq.

скачать dle 12.1

Şərhlər