SON DƏQİQƏ
» » Çətin iş tapanlar üçün xüsusi tədbirlər həyata keçiriləcək

Çətin iş tapanlar üçün xüsusi tədbirlər həyata keçiriləcək

Tarix:

26-10-2017, 21:57

/ 1 195 dəfə oxundu.
Çətin iş tapanlar üçün xüsusi tədbirlər həyata keçiriləcək

Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Gunaz.az Trend-ə istinadən bildirir ki, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, bu tədbirlərin 2018-2021-ci illər ərzində həyata keçirilməsi planlaşdırılır.

Layihəyə əsasən, sahibkarlığın, kiçik və orta biznesin inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi həvəsləndrmənin təmin edilməsi planlaşdırılır.

Bununla yanaşı, qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, onlar arasında sahibkarlığın və özünəməşğulluğun inkişaf etdirilməsi, işsiz və iş axtaran qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi nəzərdə tutulur.

скачать dle 12.1

Şərhlər