SON DƏQİQƏ

Milyarderlərin sayı nə qədər artıb?

Tarix:

26-10-2018, 16:20

/ 10 330 dəfə oxundu.
Milyarderlərin sayı nə qədər artıb?

2017-ci ildə dünyada milyarderlərin sayı 199 nəfər artıb.

GunAz.az xəbər verir ki, bu barədə “UBS Group AG” holdinqinin hesabatında qeyd olunub. 

Məlumata əsasən, dünyada milyarderlərin sərvəti il ərzində 19% artaraq 8,9 trln. ABŞ dollarına çatıb. 

Yeni milyarderlərin 1/3-i sərvətlərini innovasiyalar sahəsində qazanıb. Həmçinin onların əksəriyyəti bizneslərinin Asiya-Sakit Okean regionunda genişlənməsi ilə varlanıblar. 

199 yeni milyarderdən 55-i Çində qeydə alınıb. Onların sərvəti 1,12 trln. dollar dəyərləndirilir. Hesabata əsasən, hazırda Asiyada milyarderlər ABŞ-dan daha çoxdur.

Məlumatda qeyd olunur ki, 2016-cı ildən etibarən Çində kapitalı 1 mlrd. dolları keçən 50 şirkət, ABŞ-da isə bu müddətdə 62 belə şirkət yaradılıb. 

скачать dle 12.1

Şərhlər