"Orbitə buraxılan peyk "Azərspeys 1"in ehtiyatı olacaq. Yeni peyk informasiya təhlükəsizliyini təmin edəcək”. GunAz.az xəbər verir ki, bunu "Real TV”yə müsahibəsində "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, 15 il ərzində peykdən 350-400 milyon dollar gəlir gözlənilir.
"Bütün peyklərə yerli mütəxəsislər nəzarət edir. Müşahidə peyki 3.5 il ərzində 22 milyon dolları gəlir gətirib”, - deyə Rəşad Nəbiyev bildirib.