SON DƏQİQƏ
» » Mirşahinin telekanalının peyk yayımına başlayacağı TARİX

Mirşahinin telekanalının peyk yayımına başlayacağı TARİX

Tarix:

9-03-2018, 20:45

/ 10 355 dəfə oxundu.
Mirşahinin telekanalının peyk yayımına başlayacağı TARİX

"Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.
Gunaz.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, "Real” TV-nin martın 12-dən sonra "Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.
Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
"Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ