2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin müvafiq dövründə tütün məmulatlarının istehsalında 3,4 dəfə artım, qida məhsullarının istehsalında 6,7 faiz, içki istehsalında isə 19,0 faiz azalma müşahidə olunub.
Gunaz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 13,7 faiz, ət istehsalı 3,0 faiz, cem və marmeladların istehsalı 2,4 faiz, pendir və kəsmik istehsalı 1,2 faiz, brendi (konyak) istehsalı 1,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 12,6 faiz, papiros və siqaretlərin istehsalı 8,5 dəfə artıb.
O cümlədən duru bitki yağlarının istehsalı 28,1 faiz, qənd istehsalı 89,7 faiz azalıb.