SON DƏQİQƏ

Fond Birjasında hərrac keçiriləcək

Tarix:

21-02-2018, 13:05

/ 1 272 dəfə oxundu.
Fond Birjasında hərrac keçiriləcək

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Gunaz.az verilən məlumata əsasən, hərraca çıxarılan notların həcmi 250 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 21-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ