SON DƏQİQƏ
» » Azərbaycan və Türkiyə arasında iş icazəsi rüsumu azaldıla bilər

Azərbaycan və Türkiyə arasında iş icazəsi rüsumu azaldıla bilər

Tarix:

2-02-2018, 10:58

/ 1 118 dəfə oxundu.
Azərbaycan və Türkiyə arasında iş icazəsi rüsumu azaldıla bilər

“Azərbaycan və Türkiyə arasında iş icazəsi üçün ödənilən dövlət rüsumunun endirilməsi ilə bağlı müqavilənin hazırlanması üzərində iş gedir”.

Gunaz.az Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Azərbaycan və Türkiyə arasında iş icazəsinin verilməsi ilə bağlı kiçik problemlər var: “Bu problemlərin həlli istiqamətində iş gedir. Azərbaycan qanunvericiliyinə görə, iş icazəsi üçün dövlət rüsumu 1000 manatdır. Bu məsələ ikinci dövlətlə ikitərəfli müqavilə ilə tənzimlənməlidir. Hazırda Türkiyə ilə bu müqavilə üzərində iş gedir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ