SON DƏQİQƏ

Azərbaycan neftinin qiyməti 67 dollara çatıb

Tarix:

12-12-2017, 22:35

/ 1 145 dəfə oxundu.
Azərbaycan neftinin qiyməti 67 dollara çatıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 66,93 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,14 dollar/barel çoxdur.

Gunaz.az bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 66,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 11-də 62,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 11-də 65,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel çoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ