SON DƏQİQƏ

Azərbaycan neftinin qiyməti maksimuma çatdı

Tarix:

31-10-2017, 06:48

/ 1 146 dəfə oxundu.
Azərbaycan neftinin qiyməti maksimuma çatdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 61,31 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,61 dollar/barel çoxdur. Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Sonuncu dəfə CIF bazisində "Azeri Light"ın dəyəri cari qiyməti 2015-ci ilin iyulunda ötmüşdü – 63,61 dollar/barel.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 60,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 27-də 58,17 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 27-də 60,34 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ