SON DƏQİQƏ

Tarif Şurası benzinin bahalaşmasını şərh etdi

Tarix:

5-09-2017, 20:43

/ 2 533 dəfə oxundu.
Tarif Şurası benzinin bahalaşmasını şərh etdi

Aİ-98 super markalı benzinin qiymətinin bahalaşması istehlak bazarında qiymətlərə təsir etməyəcək.
GUNAZ.az-ın məlumatına görə, bu barədə Trend-ə Azərbaycan Tarif (qiymət) Şurasından bildirilib.
 
"Bu marka benzinin Azərbaycanda istifadəsi minimaldır -  Aİ-98 super yalnız "lüks” avtomobillərdə istifadə olunur. Bu səbəbdən onun qiymətinin artmasının istehlak bazarında qiymətlərə təsir göstərəcəyi barədə danışmaq düzgün deyil”, - Şuradan qeyd ediblər.
Tarif Şurasından həmçinin bildirilib ki, bu marka benzinin Azərbaycana idxal edildiyi üçün onun qiyməti dövlət tərəfindən tənzimlənmir.
Qeyd edək ki, ölkəyə Super Euro-98 markalı benzin, əsasən, Bolqarıstan, Rusiya, Rumıniya və Belarusdan idxal olunur.
Xatırladaq ki, bu gün Aİ-98 super markalı benzinin qiyməti 1,20 manatdan 1,30 manata artıb.

скачать dle 12.1

Şərhlər