SON DƏQİQƏ
» » TƏCİLİ! Prezident pensiyalarla bağlı tapşırıq verdi

TƏCİLİ! Prezident pensiyalarla bağlı tapşırıq verdi

Tarix:

26-01-2017, 19:53

/ 5 179 dəfə oxundu.
TƏCİLİ! Prezident pensiyalarla bağlı tapşırıq verdi

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan "Əmək pensiyası haqqında" qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
Bunu Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O bildirib ki, layihə yanvarın 31-də bununla bağlı yaradılan İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
 Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə Milli Məclisə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını qeyd edib.(modern.az)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ