SON DƏQİQƏ

Siqaret çəkənlərə bəd xəbər

Tarix:

26-01-2017, 16:55

/ 3 963 dəfə oxundu.
Siqaret çəkənlərə bəd xəbər

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iş planına daxil edilib.
Bu barədə komitənin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.
Qeyd edək ki, bundan əvvəl Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev  "Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsinin artıq hazır olduğunu bildirmişdi.
M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: "Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir”.
Millət vəkili qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ