SON DƏQİQƏ

"Qarabağ" FK-da yeni təyinat

Tarix:

12-01-2022, 15:33

/ 1 265 dəfə oxundu.
"Qarabağ" FK-da yeni təyinat

Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Bu barədə klub rəsmi Tvitter hesabında məlumat yayıb.

 

"Köhlən atlar" 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə ilə Polşa "Yagelloniya"sına məxsusdur. Quqeşaşvili bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ