SON DƏQİQƏ

ADU-da Argentina səfiri ilə görüş keçirildi

Tarix:23-11-2021, 22:32 Oxunub:1 183

Noyabrın 23-də Azərbaycan Dillər Universitetində Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ilə görüş keçirilib.

GunAz.az xəbər verir ki, ADU-nun tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova səfiri universitetimizdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki, son illər Azərbaycan-Argentina əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu münasibətlər təhsil sahəsində də özünü müsbət mənada göstərməkdədir. ADU-da fəaliyyət göstərən beynəlxalq mərkəzlərdən danışan prorektor baş tuta biləcək layihə və proqramların prespektivindən söhbət açıb.

Serxio Osvaldo Perez Qunella dəvət üçün təşəkkür edib. Səfir universitetlərin ölkələrarası münasibətlərin inkişafında rolundan danışıb. O bildirib ki, ölkəsindəki müxtəlif turizm şirkətləri Argentinadan Azərbaycana turist gətirmək istəyir. Onların ispan dilini bilən bələdçi və tərcüməçilərə ehtiyacı var ki, bu da həm ADU-nun məzunları, həm də tələbələri üçün yeni iş yerləri deməkdir.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<