Qərb Universitetində İndoneziya səfiri ilə görüş keçirilib
Tarix:
24-05-2017, 18:12
/ 2 878 dəfə oxundu.
Qərb Universitetinin ənənəvi "Səfir saatı” layihəsi çərçivəsində
universitetdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie ilə görüş
keçirilib. Əvvəlcə səfir Universitetin rektoru professor Andris Leitasla görüşüb. Səfirə təhsil
ocağının fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Bilidirlib ki, Qərb Universiteti daim tədris proqramlarını yeniləyir, hazırda
isə infrastrukturun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki
bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir
kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal
laboratoriyalar qurulur.
Daha sonra İndoneziya səfiri tələbələrlə görüşüb. Qərb
Universitetin professoru Fikrət Sadıxov İslam Həmrəyliyi İlində, islam
oyunlarının sona çatmasından iki gün sonra keçirilən bu görüşün həm də rəmzi
xarakter daşıdığını dilə gətirib. Tələbələr qarşısında çıxış edən Husnan bey
Fananie Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu
vurğulayıb, eləcə də öz ölkəsi barədə məlumatları tələbələrin diqqətinə
çatdırıb, müxtəlif istiqamətləri əks etdirən video-təqdimatlar edib.
Səfir Azərbaycan-İndoneziya münasibətlərini şərh edib, ölkələrimiz arasında
yaxşı əlaqələrin mövcud olduğunu qeyd edib. Diplomat İndoneziyanın Dağlıq
Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini - ərazi bütövlüyünü birmənalı
şəkildə müdafiə etdiyini vurğulayıb.
H. Fananie Azərbaycanın islam həmrəyliyinə ciddi şəkildə dəstək verdiyini
bildirib, IV İslam Həmrəyliyi Oyunlarının bu baxımdan əhəmiyyətini qeyd edib.
Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb.
İndoneziya səfirinin pianodakı ifası da maraqla qarşılanıb.
Tədbir Qərb Universitetinin tələbələrinin hazırladığı bədii kompazisiya ilə
davam edib.