SON DƏQİQƏ

Gərgin keçən Qalatasaray- Fenerbahçe OYUNU

Tarix:22-11-2021, 08:12 Oxunub:1 042

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.

"Qalatasaray" və "Fənərbağça" komandaları arasında baş tutan prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edib. "NEF Stadionu"nda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Oyunu Halil Umut Meler idarə edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu, iki kollektivin indiyədək Superliqada 129-cu qarşılaşması olub. Bunların 35-də meydan sahibləri, 51-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb.

"Qalatasaray" matça 2 itki ilə çıxıb - Arda Turan və Saşa Buy vacib görüşü buraxıb. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia və Luis Qustavo zədə səbəbindən matçı kənardan izləyib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<