SON DƏQİQƏ

İki Türkiyə NƏHƏNGİ ÜZ-ÜZƏ

Tarix:

6-02-2021, 08:54

/ 4 572 dəfə oxundu.
İki Türkiyə NƏHƏNGİ ÜZ-ÜZƏ

Bu gün Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında İstanbul derbisi keçiriləcək.

GunAz.az-ın məlumatına görə, XXIII tura təsadüf edəcək qarşılaşma "Ülker stadionu"nda oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Prinsipial matçı FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Superliqada keçirdiyi son 9 oyunun 8-də qələbə qazanıb, yalnız 1-də heç-heçə edən "sarı-lacivərdlilər" 48 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən 3 xal az toplayan "sarı-qırmızılılar" isə "Beşiktaş"la 2-3-cü yerləri bölüşdürür.

Komandalar 112 illik rəqabətdə 393-cü dəfə üz-üzə gələcəklər. Əvvəlki görüşlərin 147-də "bülbüllər", 122-də "aslanlar" qalib gəlib. 123 qarşılaşma isə heç-heçə başa çatıb.

Meydan sahibləri derbiyə ciddi itkilərlə çıxacaq. Müdafiəçi Marsel Tisseran, yarımmüdafiəçilər Dimitris Pelkas, İrfan Can Kahveci və Qustavo zədəli olduqları üçün oynaya bilməyəcəklər. Qonaqların heyətində isə Sofyan Fequli eyni səbəbdən görüşü buraxacaq. Həmçinin yeni transfer Jedson Fernandeş karantində olduğundan meydana çıxmayacaq.

Bu, "Fənərbağça"nın dünyaca məşhur futbolçusu Mesut Özilin yeni komandasında ilk derbi matçı kimi də əlamətdar ola bilər.

Türkiyə Super Liqası

XXIII tur

20:00. "Fənərbağça" - "Qalatasaray"

Baş hakim: Cüneyt Çakır

İstanbul, "Ülker stadionu".



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ