SON DƏQİQƏ

Azərbaycanda məktəbli koronadan vəfat etdi

Tarix:13-10-2021, 11:11 Oxunub:2 117

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.

Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Kamil İslam oğlu Əsgərov oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<