SON DƏQİQƏ

Gömrükdən gizlədilən dərmanlar aşkarlandı

Tarix:

17-09-2021, 23:19

/ 1 562 dəfə oxundu.
Gömrükdən gizlədilən dərmanlar aşkarlandı

Gömrük nəzarətindən gizlədilən dərman preparatları və tibbi ləvazimatlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən

GunAz.az-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Mercedes-Benz” və "DAF” markalı yük avtomobilləri saxlanılıb.

 

Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, müxtəlif adlarda olan 59 min 280 kapsul qida əlavəsi, onlara məxsus boş qutular, 1220 həb, 300 ampula dərman preparatı və 60 ədəd tibbi şam aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ