SON DƏQİQƏ

Mahir Emreli üçün 750 minlik təklif

Tarix:

26-01-2022, 20:16

/ 2 377 dəfə oxundu.
Mahir Emreli üçün 750 minlik təklif

Türkiyənin "Başakşəhər" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.

Bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu Tvitter hesabında yazıb.

Sabuncuoğlu "Başakşəhər"in Varşava klubuna 750 000 avro təklif etdiyini yazıb.

 

Daha öncə isə Türkiyə mediası "Başakşəhər"in 25 yaşlı hücumçu ilə anlaşdığını iddia etmişdi.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. İngiltərədən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ