SON DƏQİQƏ

Çempionlar Turu: Rəcəbov 1/4 FİNALDA

Tarix:

26-05-2021, 08:34

/ 669 dəfə oxundu.
Çempionlar Turu: Rəcəbov 1/4 FİNALDA

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.

GunAz.az xəbər verir ki, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha 5 tur oynanılıb.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov görüşlərindən 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

Teymur Rəcəbov isə oyunlarından 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə 34 yaşlı qrossmeysterin 1/4 finala vəsiqə qazanmasına imkan verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ