SON DƏQİQƏ
» » Dopinqə görə cəzalanan idmançımız: "Şokdayam"

Dopinqə görə cəzalanan idmançımız: "Şokdayam"

Tarix:

22-05-2021, 10:39

/ 3 556 dəfə oxundu.
Dopinqə görə cəzalanan idmançımız: "Şokdayam"

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən yarışlardan müvəqqəti kənarlaşdırılmasına dair qərara reaksiya verib.

GünAz.az xəbər verir ki,  Dünya və 4 qat Avropa çempionu Boyanka Kostova qərarı gözlənilməz qarşıladığını bildirib.

 

"Heç nə deyə bilmərəm, şokdayam” söyləyən Kostova istifadəsi qadağan olunmuş maddənin orqanizminə necə düşməsindən xəbərsiz olduğunu vurğulayıb.

Qeyd edək ki, 59 kq çəki dərəcəsində yer alan bolqarıstanlı legionerin orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.

скачать dle 12.1

Şərhlər