SON DƏQİQƏ

Avropa liqası: Yarımfinalçılar MÜƏYYƏNLƏŞDİ

Tarix:16-04-2021, 08:48 Oxunub:1 121

Aprelin 15-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.

GunAz.az xəbər verir ki, bununla da növbəti raunda adlayan komandalar müəyyənləşib.

İngiltərənin "Mançester Yunayted" və "Arsenal", İspaniyanın "Vilyarreal" və İtaliyanın "Roma" klubları yarımfinala vəsiqə qazanıblar. "Qırmızı şeytanlar" İspaniyada qalib gəldiyi "Qranada"nı evdə də eyni hesabla məğlub edib. "Topçular" isə Londonda 1:1 hesablı heç-heçəyə razılaşdığı Çexiyanın "Slaviya" (Praqa) komandasını səfərdə darmadağın edib - 4:0. "Roma" İtaliyada Niderland "Ayaks"ı ilə bərabərə qalıb - 1:1. İlk oyunda 2:1 hesablı qələbə qazanan "canavarlar" adını növbəti mərhələyə yazdırıb. "Vilyarreal" isə İspaniyada Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna heç bir şans verməyib. Səfər oyununda minimal hesablı qələbəyə sevinən La Liqa təmsilçisi evdə də rəqibini məğlub edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<