SON DƏQİQƏ

Avropa liqası: NƏTİCƏLƏR

Tarix:

9-04-2021, 08:44

/ 2 772 dəfə oxundu.
Avropa liqası: NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

GunAz.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub və eyni saatda başlayıb.

"Roma” səfərdə "Ayaks”ın, "Mançester Yunayted” isə "Qranada”nın qonağı olub. "Vilyarreal” da Zaqreb "Dinamo”su ilə ilk oyunu səfərdə keçirib. Bu oyunların hamısı qonaqların qələbəsiylə yekunlaşıb.

 

London "Arsenal”ı isə Praqa "Slaviya”sı ilə doğma meydanda qarşılaşıb. "Topçular” bu görüşün sonlarında hesabı açsalar da, sonda meydanı bərabərliklə tərk etmək məcburiyyətində qalıblar.

Avropa Liqası
1/4 finalın ilk oyunları
8 aprel

Ayaks (Niderland) – Roma (İtaliya) 1:2
Qol: Klaassen, 39 – Pelleqrini, 57. İbanes, 87.

Arsenal (İngiltərə) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Pepe, 86 – Holes, 90+4.

Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya) 0:1
Qol: Moreno, 44-pen.

Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:2
Qol: Reşford, 31. B.Fernandes, 89-pen.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ