SON DƏQİQƏ

İki boksçumuz dünya birinciliyinin finalında

Tarix:

16-04-2021, 08:41

/ 2 850 dəfə oxundu.
İki boksçumuz dünya birinciliyinin finalında

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

GunAz.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

Onlardan Əli Zamanov (52 kq) ikinci qarşılaşmasını keçirib. Ermənistanlı Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionumuz bu dəfə tailandlı Tanakon Aonyaemlə üz-üzə gəlib. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28).

O, yarımfinala gedən yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-na təsadüf edəcək.

Zamanovun uğurunu Cəlal Qurbanov (60 kq) da davam etdirib. 1/16 final mərhələsi çərçivəsində Ferens Samu (Macarıstan) ilə üz-üzə gələn həmyerlimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Qurbanov 1/8 final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan Samir Nəsirov 1/16 finalda Mateus Urbanla (Polşa) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, mundialın ilk günündə Əzrək Bəbirov (56 kq) 1/16 final döyüşünü qələbə ilə bitirib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

скачать dle 12.1

Şərhlər