SON DƏQİQƏ
» » Azərbaycanın iki boksçusu Avropa çempionatının yarımfinalında

Azərbaycanın iki boksçusu Avropa çempionatının yarımfinalında

Tarix:

31-03-2018, 09:02

/ 10 400 dəfə oxundu.
Azərbaycanın iki boksçusu Avropa çempionatının yarımfinalında

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatının dörddəbir final mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin iki üzvü yarışın yarımfinalına vəsiqə əldə edib.

Gunaz.az xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev yarımfinala gedən yolda almaniyalı Hamzet Şadalovu mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:2 hesabı ilə məğlub edib. T.Əliyev yarımfinalda ispaniyalı Xose Giles Brotons ilə qarşılaşacaq.

Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) də ən azı bürünc medalı təmin edib. O, dörddəbir finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 hesabı ilə qalib gəlib. İdmançımız növbəti görüşdə italiyalı Aziz Abbes Muhidinlə üz-üzə gələcək.

Yarımfinal döyüşləri martın 31-də, finallar isə aprelin 1-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ