Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində 1/4 finala vəsiqə qazanıb.
Gunaz.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.
R.Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb.
Təmsilçimiz yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə gələcək.