SON DƏQİQƏ
» » “Zirə”nin üç futbolçusunda koronavirus aşkarlandı

“Zirə”nin üç futbolçusunda koronavirus aşkarlandı

Tarix:

2-04-2021, 20:20

/ 4 052 dəfə oxundu.
“Zirə”nin üç futbolçusunda koronavirus aşkarlandı

Azərbaycan Premyer Liqasının XXI turunda "Səbail”lə qarşılaşacaq "Zirə” komandasının 3 futbolçusunda koronavirus aşkarlanıb.

"Report” xəbər verir ki, Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən götürülmüş testlərin nəticəsi müsbət çıxıb.

Hər üç oyunçu karantinə alınıb.

"Dənizçilər”in heyətində isə yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Səbail” – "Zirə” matçı saat 16:30-da başlayacaq.

скачать dle 12.1

Şərhlər