SON DƏQİQƏ

DÇ-2022: Bu gecənin GƏRGİN OYUNLARI-AFİŞA

Tarix:

31-03-2021, 08:37

/ 4 823 dəfə oxundu.
DÇ-2022: Bu gecənin GƏRGİN OYUNLARI-AFİŞA

Bu gecə futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulacaq.
GunAz.az bildirir ki, turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçiriləcək.
B qrupunda İspaniya millisi Kosovonu, Yunanıstan Gürcüstanı qəbul edəcək.
C qrupunda İtaliya Litvanın, Bolqarıstan Şimali İrlandiyanın qonağı olacaq.
Son dünya çempionu Fransa Bosniya və Herseqovina ilə üz-üzə gələcək. D qrupunun digər matçında Ukrayna və Qazaxıstan seçmələri qarşılaşacaq.
F qrupunda lider Danimarka Avstriyanın qonağı olacaq. Şotlandiya Farer adalarını, Moldova isə İsraili qəbul edəcək.
I qrupunda İngiltərə və Polşa milliləri arasındakı görüş daha çox diqqət mərkəzində olacaq. Lakin bu qarşılaşmada dünyanın ən yaxşı futbolçusu Robert Levandovski qonaq komandaya kömək edə bilməyəcək. Xalsız yığmalardan Andorra Macarıstanı, San Marino Albaniya qəbul edəcək.
J qrupunda lider Almaniya Şimali İrlandiyanı, autsayderlərdən Lixtenşteyn İslandiyanı qəbul edəcək.
DÇ-2022, seçmə mərhələ
III tur
31 mart
B qrupu
22:45. Yunanıstan - Gürcüstan
22:45. İspaniya - Kosovo
Xal durumu: İsveç - 6, İspaniya - 4, Yunanıstan - 1 (1), Gürcüstan - 0, Kosovo - 0 (1)
C qrupu
22:45. Litva - İtaliya
22:45. Şimali İrlandiya - Bolqarıstan
Xal durumu: İsveçrə - 6, İtaliya - 6, Litva - 0 (1), Şimali İrlandiya - 0 (1), Bolqarıstan - 0
D qrupu
22:45. Bosniya və Herseqovina - Fransa
22:45. Ukrayna - Qazaxıstan
Xal durumu: Fransa - 4, Finlandiya - 2, Ukrayna - 2, Bosniya və Herseqovina - 1 (1), Qazaxıstan - 0 (1)
F qrupu
22:45. Şotlandiya - Farer adaları
22:45. Avstriya - Danimarka
22:45. Moldova - İsrail
Xal durumu: Danimarka - 6, Avstriya - 4, Şotlandiya - 2, Farer adaları - 1, İsrail - 1, Moldova - 1.
I qrupu
22:45. San Marino - Albaniya
22:45. Andorra - Macarıstan
22:45. İngiltərə - Polşa
Xal durumu: İngiltərə - 6, Polşa - 4, Macarıstan - 4, Albaniya - 3, Andorra - 0, San Marino - 0
J qrupu
20:00. Ermənistan - Rumıniya
22:45. Lixtenşteyn - İslandiya
22:45. Almaniya - Şimali Makedoniya
Xal durumu: Almaniya - 6, Ermənistan - 6, Şimali Makedoniya - 3, Rumıniya - 3, Lixtenşteyn - 0, İslandiya - 0.

AbbasƏLİ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ