SON DƏQİQƏ
» » DÇ-2022: Seçmə mərhələsi DAVAM EDİR-AFİŞA

DÇ-2022: Seçmə mərhələsi DAVAM EDİR-AFİŞA

Tarix:

25-03-2021, 08:22

/ 2 852 dəfə oxundu.
DÇ-2022: Seçmə mərhələsi DAVAM EDİR-AFİŞA

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçlar keçiriləcək.
GunAz.az-ın məlumatına görə, ikinci oyun günündə B, C, F, I və J qruplarında 13 qarşılaşma baş tutacaq.
B qrupunda İspaniya millisi Yunanıstanı, İsveç yığması isə Gürcüstanı qəbul edəcək. İtaliya da seçmə mərhələyə doğma meydanda start verəcək. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiya ilə üz-üzə gələcək.
I qrupunda İngiltərə millisi San-Marino ilə münasibətlərinə aydınlıq gətirəcək. J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiya ilə qarşılaşacaq.
DÇ-2022-nin seçmə mərhələsi
I tur
25 mart

B qrupu
23:45. İspaniya - Yunanıstan
23:45. İsveç - Gürcüstan
C qrupu
21:00. Bolqarıstan - İsveçrə
23:45. İtaliya - Şimali İrlandiya
F qrupu
21:00. İsrail - Danimarka
23:45. Şotlandiya - Avstriya
23:45. Moldova - Farer adaları
I qrupu
23:45. İngiltərə - San-Marino
23:45. Macarıstan - Polşa
23:45. Andorra - Albaniya
J qrupu
23:45. Almaniya - İslandiya
23:45. Rumıniya - Şimali Makedoniya
23:45. Lixtenşteyn - Ermənistan
Qeyd edək ki, seçmə mərhələyə ötən keçirilən 13 oyunla start verilib.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ