SON DƏQİQƏ

Karlsen uduzdu-çempionatda SENSASİYA

Tarix:

20-03-2021, 08:28

/ 3 863 dəfə oxundu.
Karlsen uduzdu-çempionatda SENSASİYA

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu "Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin finalçıları müəyyənləşib.

GunAz.az xəbər verir ki, finala vəsiqəni niderlandlı Aniş Giri ilə rusiyalı şahmatçı Yan Nepomnyaşi qazanıb. Belə ki, yarımfinalın dörd partiyadan ibarət cavab matçında da niderlandlı Aniş Giri amerikalı şahmatçı Uesli So üzərində 2,5:1,5 hesab ilə qələbə qazanıb və finala vəsiqə əldə edib. Yarımfinalda norveçli Maqnus Karlsen ilə rusiyalı Yan Nepomnyaşi qarşılaşmasında qalib müəyyənləşmədiyinə görə oyun tay-breyk mərhələsi çərçivəsində davam edib. Tay-brekdə rusiyalı şahmatçı Maqnus Karlseni məğlub edərək finalda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

скачать dle 12.1

Şərhlər