SON DƏQİQƏ
» » Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq

Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq

Tarix:

19-03-2021, 08:39

/ 4 271 dəfə oxundu.
Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalda Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Siti", Fransanın PSJ, İspaniyanın "Real Madrid" və Portuqaliyanın "Portu" klubu iştirak edəcək.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ