SON DƏQİQƏ
» » Teymur Rəcəbov finalın bir addımlığından döndü

Teymur Rəcəbov finalın bir addımlığından döndü

Tarix:

12-02-2021, 22:52

/ 1 463 dəfə oxundu.
Teymur Rəcəbov finalın bir addımlığından döndü

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirib.

GunAz.az Report-a istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Sonun müqavimətini qırmağa çalışıb.

İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Amma ilk iki partiyada heç-heçə edən həmyerlimiz 3-cü görüşdə məğlub olduğundan 4-cü qarşılaşmaya ehtiyac qalmayıb. Yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, sabah 3-cü yer uğrunda mübarizə aparacaq. Qrossmeysterin rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ