SON DƏQİQƏ

Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı

Tarix:

28-12-2020, 23:54

/ 1 491 dəfə oxundu.
Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı

Onlayn formada keçirilən blits şahmat üzrə "Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə üç qarşılaşma keçirib.

"Report” xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.

Xal hesabını altıya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə beşinci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb. 

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ