SON DƏQİQƏ

Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı

Tarix:

28-12-2020, 08:00

/ 3 541 dəfə oxundu.
Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı

Blits şahmat üzrə onlayn "Airthings Masters” turniri davam edir.
Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov turnirin ikinci oyun günündə daha 4 qarşılaşma keçirib. 
Ardıcıl olaraq Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ), Yan Nepomnyaşi (Rusiya) və Levon Aronyan (Ermənistan) ilə qarşılaşan Rəcəbov bütün görüşlərini heç-heçə ilə başa vurub.
Rəcəbov bununla da xal hesabını 4,5-ə çatdırıb. O, yarışın iki günündən sonra 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə "səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ