SON DƏQİQƏ
» » Avropa Liqasında cütlüklər məlum oldu - Siyahı

Avropa Liqasında cütlüklər məlum oldu - Siyahı

Tarix:

14-12-2020, 22:27

/ 1 448 dəfə oxundu.
Avropa Liqasında cütlüklər məlum oldu - Siyahı

Dekabrın 14-də futbol üzrə UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.

GunAz.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

"Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)

"Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)

"Real Sosyedad" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

"Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)

"Antverpen" (Belçika) - "Reyncers" (Şotlandiya)

"Slaviya" (Praqa, Çexiya) - "Lester" (İngiltərə)

"Zaltsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)

"Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)

"Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)

"Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)

"Qranada" (İspaniya) - "Napoli" (İtaliya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Lill" (Fransa) - "Ayaks" (Niderland)

"Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

Qeyd edək ki, UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin səkkizdəbir final mərhələsinin püşkü fevralın 26-da atılacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ