Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Türkiyədə "Sivasspor"la üz-üzə gələcək. I qrupunun digər matçında İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi"(Təl-Əviv) komandaları qarşılaşacaq.
Turnirin iddialı komandalarından İngiltərə "Arsenal"ı Norveçdə "Molde"nin qonağı olacaq. Londonun digər təmsilçisi "Tottenham" isə Bolqarıstan "Lüdoqorets"ini qəbul edəcək.
İtaliya klublarından "Milan" Fransada "Lill"in, "Roma" isə Rumıniyada ÇFR-in müqavimətini qırmağa çalışacaq. "Napoli" isə Xorvatiyanın "Riyeka" komandasını qəbul edəcək.
A qrupu
Xal durumu: "Roma" - 7, "Yanq Boyz" - 4, ÇFR - 4, MOİK - 1
B qrupu
Xal durumu: "Arsenal" - 9, "Molde" - 6, "Rapid" - 3, "Dandolk" - 0
C qrupu
Xal durumu: "Slaviya" - 6, "Bayer" - 6, "Nitsa" - 3, "Hapoel" - 3
D qrupu
Xal durumu: "Reyncers" - 7, "Benfika" - 7, "Lex" - 3, "Standard" - 0
E qrupu
Xal durumu: "Qranada" - 7, PAOK - 5, PSV - 3, "Omoniya" - 1
F qrupu
Xal durumu: AZ - 6, "Napoli" - 6, "Real Sosyedad" - 6, "Riyeka" - 0.
G qrupu
Xal durumu: "Lester" - 9, "Braqa" - 6, AEK - 3, "Zarya" - 0
H qrupu
Xal durumu: "Lill" - 7, "Milan" - 6, "Sparta" - 3, "Seltik" - 1
I qrupu
Xal durumu: "Vilyarreal" - 9, "Makkabi" - 6, "Sivasspor" - 3, "Qarabağ" - 0
J qrupu
Xal durumu: "Tottenhem" - 6, "Antverpen" - 6, LASK - 6, "Lüdoqorets" - 0
K qrupu
Xal durumu: "Dinamo" - 5, "Volfsberq" - 4, "Feyenoord" - 4, MOİK - 2
L qrupu
Xal durumu: "Hoffenhaym" - 9, "Srvena Zvezda" - 6, "Slovan" - 3, Gent - 0.