SON DƏQİQƏ

Millimiz ağır GĞRÜŞƏ ÇIXIR

Tarix:

14-11-2020, 08:45

/ 4 548 dəfə oxundu.
Millimiz ağır GĞRÜŞƏ ÇIXIR

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

GunAz.az xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq.

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə görüşəcək. 

 

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Lalyak-İliç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Qrupumuzun digər oyununda Kipr yığması doğma meydanda Luksemburqla qarşılaşacaq. 

Bu tura qədər Luksemburq 9 xalla qrup lideridir. Monteneqro da eyni xala malikdir və qrupda ikinci yerdə qərarlaşıb. Azərbaycan 4 xalla ikinci, Kipr yığması isə 1 xalla sonuncudur.


скачать dle 12.1

Şərhlər