SON DƏQİQƏ

"Qarabağ"ın oyunu ləğv olundu

Tarix:

29-09-2020, 15:23

/ 3 430 dəfə oxundu.
"Qarabağ"ın oyunu ləğv olundu

Azərbaycan Premyer Liqasının 5-ci turunun "Qarabağ” – "Səbail” oyunu təxirə salınıb.

Bu barədə PFL-in saytı məlumat yayıb. Qeyd olunub ki,  AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər  Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun "Qarabağ” – "Səbail” oyununun təxirə salınmasını  istəyib.

 

AFFA-nın müraciətini, milli komandanın mənafeyini və  adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının V turunun "Qarabağ” – "Səbail” oyunu başqa tarixə təxirə salınıb.

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ