SON DƏQİQƏ
» » Qurban Qurbanov: “Bir dəfə mən də konfransa qatılmaq istəməmişəm”

Qurban Qurbanov: “Bir dəfə mən də konfransa qatılmaq istəməmişəm”

Tarix:

26-08-2020, 22:34

/ 1 433 dəfə oxundu.
Qurban Qurbanov: “Bir dəfə mən də konfransa qatılmaq istəməmişəm”

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ” – "Şerif” (2:1) oyunundan sonra mətbuat konfransı keçirilib.

GunAz.az-ın müxbiri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransını təqdim edir:

- Çox vacib oyun idi. Futbolçularımı təbrik edirəm. Sona yaxın oyunçular yorulmuşdu. Amma qələbə hesabını qoruya bildik. Bəlkə sönük kimi göründü. Amma çox sayda qol epizodlarını dəyərləndirə bilmədiyimiz üçün əsəbi alındı. Avropa Liqasının minimum pley-offunu təmin etdik.

 

- Rəqibin qırmızı vərəqəsindən sonra sanki komandada durğunluq oldu. Bu, arxayınlıqdan yarandı?

- Deməzdim ki, arxayınlıq oldu. Sadəcə, belə halda rəqib daha inamlı olur. Xüsusən də, geridə olanda aktiv olmağa çalışırlar. Oyun ərzində iki-üç dəfə 3-5 dəqiqə oyuna nəzarət etdilər. Amma ümumilikdə nəzarət bizdə idi. Bəlkə də qırmızı vərəqəni gözləmirdilər. Fasilədə göstərişlərimi verdim ki, diqqətli olmaq lazımdır.

- Uroş Matiç ayrılan Miçelin yerini doldura bilirmi?

- Miçel olanda sistem olaraq fərqli oynayırdıq. Bu gün oyunçuların meydanda düzgün balanslaşdırılması üçün Matiç daha çox geridən oynayır. İdman formasına düşməsinə hələ var. Daha yaxşı Matiç görəcəyik. 4-5 ay məşq etmədən birdən-birə komandaya düşdü. Onun təcrübəsindən və ustalığından daha çox yararlanacağıq.

- Qarşıda yığmanın oyunları gəlir. "Qarabağ”ın 7-8 oyunçusu dəvət alıb. Bu sıx qrafik komandaya xeyir verərmi?

- Çox çətin olacaq. Futbolçu ən böyük yükləməni oyunda alır. Bərpa üçün də çox vaxt lazımdır. Ümumiyyətlə, təqvim çox sıxdır. Çempionat və avrokubok oyunları tez-tez olacaq. Əvvəlki illərdən daha sıx qrafik olacaq. Bu da futbolçunun hətta zədələnməsinə gətirib çıxara bilər. Özlərini daha yaxşı vəziyyətə gətirmək futbolçuların özlərindən asılıdır. İstirahətlərinə fikir verməlidirlər. Ola bilər ki, bəzi oyunların tempi aşağı düşsün. Bugünkü oyunun sürətsiz olduğunu düşünmək olar. Amma azarkeş olsaydı, daha sürətli oyun kimi görünəcəkdi.

- Rəqibin baş məşqçisi mətbuat konfransına qatılmır. Sizin də gözlənilməz məğlubiyyətləriniz olub. Heç nə vaxtsa konfransa qatılmaq istəmədiyiniz olub?

- Bir dəfə "Simurq”la oyunda olub. "Qarabağ”da 3-cü, ya 4-cü oyunum idi. Stadiondan çıxmışdım, sonra geri qayıtmışdım. Azarkeşlər istefa şüarları səsləndirmişdilər. Amma sonra qayıtdım və normal konfrans keçdi.

- Bu gün Bədəvi – Medina tandemi kifayət qədər kobud səhvlərə yol verdilər. Bu, müdafiədəki problemin göstəricisi deyil?

- Daha yaxşı müdafiə xətti görəcəyik. Belə səhvləri düzəltmək olar. Həm Bədəvi, həm də Kevin təkbətək mübarizələrdə nadir hallarda uduzurlar. Bəli, səhvlər var idi. Bu da yorğunluqdan irəli gəlir. Orqanizm yorulanda düzgün qərar vermək çətin olur. Daha dəqiq oynamalı, düşünməli və bacarmalıdırlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ