SON DƏQİQƏ
» » “Bu qarşılaşmanın bizə faydası olacaq” - Qurban Qurbanov

“Bu qarşılaşmanın bizə faydası olacaq” - Qurban Qurbanov

Tarix:

30-09-2018, 08:55

/ 10 383 dəfə oxundu.
“Bu qarşılaşmanın bizə faydası olacaq” - Qurban Qurbanov

Topaz Premyer Liqasının VI turu çərçivəsində “Sabah”I səfərdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. 

GunAz.az "Report"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib:

- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna rəğmən, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda əks-hücuma çıxmağı da bacarır. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

- “Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?

- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

- Emeqaranın və Delarjın oyuna buraxılmasını əvvəlcədən planlaşdırmışdınız, yoxsa bunu nəticəyə görə etdiniz?

- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də dəyişikliklərə əl atdım.

- “Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?

- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ