SON DƏQİQƏ
» » Avrokuboklarda daha bir oyun koronavirus səbəbindən təxirə salındı

Avrokuboklarda daha bir oyun koronavirus səbəbindən təxirə salındı

Tarix:

20-08-2020, 23:34

/ 1 325 dəfə oxundu.
Avrokuboklarda daha bir oyun koronavirus səbəbindən təxirə salındı

Avrokuboklarda daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

GunAz.az xəbər verir ki, bu gün keçirilməli olan "Tre Penne” (San-Marino) - "Qjilani” (Kosovo) görüşü baş tutmayacaq.

Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması səbəbindən UEFA belə qərar verib.

 

Maraqlıdır ki, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib.

Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin "Linfild” (Şimali İrlandiya) – "Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib.

Avropa Liqasının ilk mərhələsinin "Linkoln” (Cəbəllütariq) – "Priştina” (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.

скачать dle 12.1

Şərhlər