SON DƏQİQƏ
» » Bukmekerlər açıqladı: Azərbaycan, yoxsa Kosovo?

Bukmekerlər açıqladı: Azərbaycan, yoxsa Kosovo?

Tarix:

25-01-2018, 12:43

/ 945 dəfə oxundu.
Bukmekerlər açıqladı: Azərbaycan, yoxsa Kosovo?

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının əmsalları açıqlanıb.

Gunaz.az apasport.az-a istinadən xəbər verir ki, dünyanın aparıcı bukmeker şirkətləri 4 liqada keçiriləcək yarışın qalibi, həmçinin qruplarda birinci yeri tutmağa əsas namizədləri müəyyənləşdirib.

Azərbaycan millisinin çıxış edəcəyi D liqasında da ən şanslı komandalar bəlli olub. Proqnoza əsasən, III qrupun favoriti Qurban Qurbanovun yetirmələridi. Bukmekerlər yığmamızın mərhələ adlayacağını 1,85 əmsalla qiymətləndiriblər. Kosovonun qrup qalib olmasına isə 2,95 əmsal verilib.

Digər rəqiblərimizə gəlincə, Farer adalarının pley-offa çıxması 7,00, Maltanın bu uğura imza atması isə 13 əmsaldı.

Qeyd edək ki, Millətlər Liqasının oyunlarına sentyabrda start veriləcək. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ