SON DƏQİQƏ
» » Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

Tarix:

17-06-2020, 18:58

/ 1 365 dəfə oxundu.
Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib.

GunAz.az-ın məlumatına görə, bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Belə ki, UEFA qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

 

Qeyd edək ki, pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin "A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

"Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ