
İki çəki dərəcəsində UFC üzrə eks-çempion Konor Makqreqor məğlubedilməz amerikalı boksçu Floyd Meyvezerlə yenidən döyüşmək niyyətindədir.
GunAz.az xəbər verir ki, Makqreqor öz açıqlamasında deyib:
"Geriyə baxsaq, əla döyüş olduğunu etiraf etməyə bilmərik. İlk raundlar mənim oldu, sonrakılarda ayaqlarım zəifləyəndə də Floydu keçdim. Bilirsiniz, mən bir çox boksçudan etimad krediti qazandım. Buna görə onlara çox minnətdaram”.
Xatırladaq ki, ilk superdöyüş 2017-ci ilin avqustunda baş tutub. Həmin vaxt Floyd Meyvezer texniki nokautla rəqibinə qalib gəlmişdi.