SON DƏQİQƏ
» » Azərbaycanlı futbol hakimi: "Koronavirusa kimdən yoluxduğumu bilmədim"

Azərbaycanlı futbol hakimi: "Koronavirusa kimdən yoluxduğumu bilmədim"

Tarix:

20-04-2020, 18:46

/ 1 981 dəfə oxundu.
Azərbaycanlı futbol hakimi: "Koronavirusa kimdən yoluxduğumu bilmədim"

"Yediyim yeməklərdən dad və qoxu almırdım. Hətta ən tünd qoxuları da hiss etmirdim".
Bu fikirləri eksklüziv açıqlamasında Türkiyədə koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov vəziyyəti barədə danışarkən deyib.
Gənc referi bildirib ki, xəstəxanaya məhz dad və iybilmə qabiliyyətini itirdikdən sonra müraciət edib: "Evdə yediyim yeməklərin ardıcıl iki gün dadını bilmədim. Sonra dezinfeksiya üçün üzümə kolonya (limonlu spirt) vurdum. Normalda adamın burnunu yandırır, amma onun belə, qoxusunu his etmədim. Bundan sonra narahat oldum və həkimə müraciət etdim".
İ.Məmmədovun sözlərinə görə, əvvəlcə virus daşıyıcısı olduğunu bilməyib: "Həkimlər belə problemin olduğunu bilən kimi məni dərhal koronavirus şöbəsinə göndərdilər. Sən demə, iy və dad hiss etməmək virusun əlamətlərindən biri imiş".report
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ